Nazir müavini: "KƏŞ ölkələrinin şirkətləri işğaldan azad edilmiş ərazilərə böyük maraq göstərirlər"
Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrdən olan şirkətlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməyə böyük maraq göstərirlər.
"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov nazirliyin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-KƏŞ ölkələrinin 2-ci iqtisadi forumunda bildirib.
"İşğaldan azad olunmuş ərazilərin inkişafı üçün özəl investisiyaların cəlb olunması əsas prioritetlərimizdəndir və bu ərazilərdə investorlar üçün əlverişli şərait yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya cəlbediciliyini artırmaq məqsədilə, 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər təqdim etmişik. Texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar da 2023-cü ilin əvvəlindən 10 il müddətinə ƏDV və idxal gömrük rüsumundan azad edilib. Həmçinin hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunub. KƏŞ ölkələrindən olan şirkətlər işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərməyə aktiv maraq göstərirlər və bu istiqamətdə bəzi şirkətlərlə danışıqlar aparılır", - o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan-İraq Biznes Şurası yaradılacaq
Azərbaycan-İraq Biznes Şurası yaradılıb
Anar Axundov: "Slovakiya şirkətləri "Ağıllı kənd" layihəsində iştirak edir"
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 26 % artıb
Azərbaycan və İraq COP29 çərçivəsində bir sıra tədbirlər keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir












