Azərbaycan-İraq Biznes Şurası yaradılıb
Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu çərçivəsində iki ölkə arasında Biznes Şurası yaradılıb.
"Report" xəbər verir ki, bununla bağlı iki ölkə arasında müvafiq razılaşma imzalanıb.
Sənədi Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İraqın Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al Zuheyri imzalayıb.
Azərbaycanla İraq arasında Biznes Şurasının yaradılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İraq biznes forumunda bildirib.
Onun sözlərinə görə, Şura iki ölkənin kiçik və orta biznes (KOB) subyektləri arasında işbirliyinin gücləndirilməsi baxımından faydalı olacaq.
Nazir qeyd edib ki, ikitərəfli iqtisadi, xüsusilə də ticarət və investisiya əlaqələrinin möhkəmlənməsi üçün KOB-lar arasında qarşılıqlı təmasları artırmaq vacibdir. O, əlavə edib ki, ölkəmizin artan nəqliyyat-tranzit imkanları, bu sahədə təşəbbüskar və iştirakçı olduğu regional və dünya əhəmiyyətli layihələr, Orta Dəhlizin təqdim etdiyi əməkdaşlıq potensialı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti qarşılıqlı faydalı tərəfdaşlığa əlavə imkanlar açır.
Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonası isə investorlar cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmət istehsalını təşkil etməyə, ölkənin tranzit imkanlarını genişləndirməyə, yükdaşımaları artırmağa başlayıb.
İşğaldan azad olunmuş ərazilərin inkişafına özəl sərmayələrin cəlb edilməsini fəal şəkildə təşviq edirik və bu ərazilərdə əlverişli investisiya iqlimi yaradılıb. İşğaldan azad edilmiş ərazilərin cəlbediciliyini artırmaq məqsədilə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər təqdim etmişik. Texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar da 2023-cü ilin əvvəlindən 10 il müddətinə ƏDV və idxal gömrük rüsumundan azad edilib. Həmçinin hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunub", - deyə M.Cabbarov əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan-İraq Biznes Şurası yaradılacaq
Azərbaycan və İraq logistika və tranzit əlaqələrini müzakirə edəcək
Orxan Məmmədov: “Azərbaycan və Qətər arasında iqtisadi və biznes əlaqələrinin inkişafı üçün yeni bir mərhələ açılır”
Azərbaycan və İraq COP29 çərçivəsində bir sıra tədbirlər keçirəcək
Qətərə Azərbaycan Ticarət Evi vasitəsilə 400 tondan çox meyvə-tərəvəz idxal edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













