Azərbaycan şəkər ixracından gəlirini 34 % artırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
in
2025
14:30
0
0
1 056

Azərbaycan şəkər ixracından gəlirini 34 % artırıb

21 in, 2025
14:30
1 056

Azərbaycan şəkər ixracından gəlirini 34 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 90,453 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

"Sizinxeber.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 13,792 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 33,8 % çoxdur.

5 ayda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,9 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,7 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2 % az, idxal isə 36,5 % artıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 36,3 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə azdır.

Bizimlə əlaqə saxlayın