EBRD: Azərbaycan iqtisadiyyatının artımı 2026-cı ildə 2%-ə yüksələcək
Azərbaycan iqtisadiyyatının artımı 2026-cı ildə 2%-ə yüksələcək.
“APA-Economics” xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu açıqlayıb.
Bankın qiymətləndirməsinə görə, Azərbaycanın real ÜDM artımı 2025-ci ildə 1,4%-ə qədər yavaşıb. 2026-cı ilin birinci rübündə isə iqtisadiyyat illik müqayisədə 0,3% kiçilib. Buna səbəb neft-qaz sektorunda istehsalın 1,2% azalması və qeyri-neft sektorunda artım tempinin 0,2%-ə qədər zəifləməsi olub.
Hesabata əsasən, 2026-cı ilin ilk rübündə inflyasiya orta hesabla 5,7% təşkil edib və Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun yuxarı həddinə yaxınlaşıb.
EBRD qeyd edir ki, büdcə profisiti 2024-cü ildə ÜDM-in 4,1%-i olduğu halda, 2025-ci ildə təxminən 2,6%-ə enib. Dövlət və dövlət zəmanətli borcun səviyyəsi isə aşağı olaraq qalaraq ilin sonunda ÜDM-in 28%-ni təşkil edib.
Məlumata görə, cari əməliyyatlar hesabının profisiti də 2024-cü ildəki 6,3%-dən 2025-ci ildə ÜDM-in 4,6%-nə düşüb. Buna baxmayaraq, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) birgə xarici aktivləri artmağa davam edərək 2025-ci ildə ÜDM-in 112%-nə çatıb.
EBRD Azərbaycanın real ÜDM artımının zəif başlayan 2026-cı ildən sonra sürətlənəcəyini gözləyir. Bank 2026-cı il üçün iqtisadi artım proqnozunu 2%, 2027-ci il üçün isə 2,5% səviyyəsində müəyyən edib.
Hesabatda vurğulanır ki, Azərbaycanın iqtisadi artım perspektivləri neft və qaz qiymətləri, eləcə də hasilat həcmlərindən asılı olaraq qalır. Yaxın Şərqdəki münaqişənin qlobal enerji qiymətlərini yüksəltməsi ölkəyə əlavə gəlir gətirə və iqtisadi artımı dəstəkləyən xərclər və investisiyalar üçün imkan yarada bilər.
EBRD həmçinin ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla əldə olunan sülh çərçivəsinin regional nəqliyyat və ticarət əlaqələrini genişləndirə biləcəyini, bərpa olunan enerji sahəsinə iri həcmli investisiyaların isə orta müddətdə iqtisadi diversifikasiyanı və artımı dəstəkləyəcəyini bildirib.
Oxşar xəbərlər
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb
ING Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib
AİB Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb
EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
DÇ-2026: Türkiyə millisinin heyəti açıqlanıb
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
ABŞ və Britaniya əsgərləri İraq Kürdüstanında hərbi təlimlər zamanı həlak olublar
