Fərid Osmanov: “İnnostart” proqramı regionlarda 2 mindən çox gənci innovasiya ekosisteminə cəlb edib"
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə reallaşdırılan “İnnostart” proqramı regionlarda 2 mindən çox gənci innovasiya ekosisteminə cəlb edib.
“Sizinxeber.az” xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "İnnostart" layihəsinin yekun tədbirində bildirib.
"Azərbaycanda yaradılmış güclü rəqəmsal infrastruktur innovativ düşüncəli icmaların böyüməsi üçün real imkanlar yaradır. "İnnostart" layihəsinin də məqsədi bu potensialı reallaşdırmaq, innovativ yanaşması ilə öz bölgəsinin iqtisadiyyatına müsbət töhfə vermək istəyən startapları dəstəkləməkdir. Bu layihə son 3 ildə İRİA-nın dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. 2024-2025-ci illərdə layihənin əhatə dairəsinin genişləndirilməsi ilə 4 region, 20 şəhər və bir rayonda innovasiya yönümlü fəaliyyət həyata keçirilib.
Layihə çərçivəsində ümumilikdə 32 maarifləndirmə tədbiri, 8 hakaton, 8 inkubasiya proqramı, 4 regional “Demo Day” tədbiri baş tutub. Ümumilikdə bütün tədbirlərdə 2 000-dən çox şəxs iştirak edib. Hakatonlar çərçivəsində 116 komanda innovativ ideyalarını və MVP-lərini (Minimum Viable Product) təqdim edib və onlardan 24 MVP-li layihə ümumilikdə 60 000 manat mükafat fondu əldə edib. Sözügedən komandalardan 35 -i inkubasiya proqramlarına cəlb olunub, yekun olaraq 29 MVP formalaşdırılıb, 1 komanda isə “Startap şəhadətnaməsi“ əldə edib. Hal-hazırda 17 komanda bugünkü “Demo Day” tədbirində çıxış edərək layihələrini təqdim edəcək", - deyə o qeyd edib.
F.Osmanovun sözlərinə görə, "İnnostart" proqramında iştirak edən hər startap, yetişən hər mentor, ölkənin müxtəlif bölgələrində innovativ iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək: "Biz İRİA olaraq daim sizinləyik, yeni təşəbbüslərinizin davamlı inkişafına dəstək göstərməyə hazırıq".
Oxşar xəbərlər
Fərid Osmanov: “Gəncə və Naxçıvanda innovasiya mərkəzləri açılacaq”
Bakıda bölgələrdən gələn 12 yeni startap layihəsi təqdim olunub - FOTO
Gəncə İnnovasiya Mərkəzi bu ilin sonuna qədər açılacaq
Samir Məmmədov: "Azərbaycanın vençur fondları 15 milyon dollardan çox kapital formalaşdırıb"
Azərbaycan startapları son 3 ildə 2 milyon avrodan çox investisiya cəlb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








