Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görülüb
sizinxeber.az xəbər saytı

Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görülüb


Qazaxıstanda “Google” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Qafqaz və Mərkəzi Asiya 2024” hakatonu keçirilib.

“Sizinxeber.az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Astanada təşkil olunan və 7 ölkədən 120-dən çox iştirakçının yarışdığı hakatonda Azərbaycan startapı “Farm Forward” 3-cü yerə sahib çıxıb. Startapın sahibi Altun Tarverdiyev hakaton təşkilatçıları tərəfindən təltif olunub.

Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Səfər çərçivəsində nazir müavini “Google” şirkətinin vitse-prezidenti Olqa Skorokodova və Qazaxıstanın rəqəmsal inkişaf nazirinin müavini Kanış Tuleyuşinlə görüş keçirib. Görüşlər zamanı S. Məmmədov Azərbaycanın rəqəmsal transformasiya çərçivəsində ekoloji tarazlığın qorunmasına yönəlik siyasəti dəstəklədiyini və noyabrda Bakıda keçiriləcək COP29 tədbiri zamanı da bu istiqamətdə səmərəli addımların atılmasının vacibliyini qeyd edib. Nazir müavini bildirib ki, Azərbaycan yeni açılmış İnnovasiya Mərkəzinin potensialının artırılması istiqamətində startaplarla əməkdaşlığa açıqdır.

Qeyd edək ki, “Dayanıqlı İnkişaf üçün Süni İntellekt Yarat!” devizi ilə baş tutan “Qafqaz və Mərkəzi Asiya 2024” hakatonu süni intellekt əsaslı startapları bir araya gətirib. Yarışda 21 startap final mərhələsinə keçib və münsiflər heyəti tərəfindən ən yüksək xalla qiymətləndirilən 3 komanda mükafata layiq görülüb. Qalib komandalara pul mükafatı verilib, inkubasiya dəstəyi və qlobal texnoloji firmalarla əməkdaşlıq imkanları yaradılıb.

Oxşar xəbərlər

Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"
Samir Məmmədov: "İndiyədək "Rəqəmsal Körpü" sisteminə 70-dən çox dövlət qurumu inteqrasiya edilib"
Nazir müavini: "160 yeni elektrik mühərrikli avtobus noyabrda istifadəyə veriləcək"
Azərbaycanda rəqəmsal sənəd dövriyyəsi alt sisteminə 1 000-dən çox şirkət qoşulub
Nazir müavini: "myGov" portalına artıq 40-dan çox şəxsi məlumat daxil edilib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər