Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global CyberDrill 2025” tədbirində iştirak ediblər.
"Sizinxeber.az" nazirliyə istinadən xəbər verir ki, tədbir Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosu və Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının (UAE Cybersecurity Council) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin ilk günü inkişaf etməkdə olan ölkələrin üzləşdiyi kibertəhlükəsizlik trendləri və bu problemlərin rəqəmsal iqtisadiyyatla dayanıqlı inkişaf sahələrinə təsiri mövzusunda yüksəksəviyyəli panel müzakirələri ilə açılıb. Tədbirin növbəti iki günü ərzində isə 130 ölkənin milli CERT nümayəndələrinin iştirakı ilə real kiberinsident ssenarilərinə əsaslanan texniki yarışma təşkil olunub. Yarışmada “APT Compromise Detection and Investigation” və “OSINT Dark Web Investigation of Terrorist Cyber-Attack” mövzularında ssenarilər üzrə praktiki tapşırıqlar yerinə yetirilib.
Yarışmanın ikinci kateqoriyası üzrə ETX əməkdaşı Ayxan Hüseynli yüksək nəticə göstərərək 5-ci yeri qazanıb.
Oxşar xəbərlər
Azərbaycan kritik infrastrukturun təhlükəsizliyinə yanaşmasını beynəlxalq tədbirdə təqdim edib
“Azərbaycan Dəmir Yolları” “Global Rail” tədbirində təmsil olunub
İRİA: Azərbaycanda yerli kibertəhlükəsizlik məhsullarının inkişafı bu sahənin dayanıqlı inkişafını dəstəkləyə bilər
Fərid Osmanov: “Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik üzrə kadrlara tələbatı artırır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
