Bu yaxınlarda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının bu yaxınlarda iclası keçiriləcək.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Hökumətlərarası Komissiya fəal işləyir: “Ölkələrimizin digər qurumları arasında da fəal təmaslar var”.
Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclası 2023-cü ilin iyul ayında Moskvada keçirilib.
Azərbaycan bazarında 900 ortaq müəssisə fəaliyyət göstərir ki, bunlardan 1/3-nin 100 %-lik kapitalı Rusiyaya məxsusdur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - YENİLƏNİB
Prezident: Azərbaycan-Rusiya münasibətləri bəzi qonşu dövlətlər üçün də bir nümunədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
