Azərbaycan zəli məhsulları ixrac edə bilər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalında tibbi zəli istehsalı ilə məşğul olan yerli müəssisə nümayəndəsi ilə görüş keçirilib.
"Sizinxeber.az" Mərkəzə istinadən xəbər verir ki, görüşün əsas mövzusu beynəlxalq bazarlarda artan tələbat fonunda Azərbaycan istehsalı olan zəli məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, qlobal bazardakı mövcud potensial və atılacaq birgə addımlar olub.
"Azexport"un rəhbəri Ayxan Qədəşov sahibkar Şaiq Qasımovla görüşündə son illər qlobal bazarda tibbi zəliyə və təbii müalicə vasitələrinə marağın kəskin artdığı, bunun da yerli istehsalçılar üçün yeni bazarlara çıxış imkanı yaratdığı bildirilib.
Görüşdə iştirak edən müəssisə rəhbəri Ş. Qasımov yetişdirilən zəlilərin ekoloji təmizliyinə və tibbi keyfiyyət göstəricilərinə görə beynəlxalq standartlara tam cavab verdiyi, həmçinin istehsal həcmini artırmaq üçün yetərli potensialın olduğunu diqqətə çatdırıb. Görüşdə bu kateqoriyadan olan məhsullar istehsal edən sahibkarların xarici bazarlara inteqrasiyasını təmin etmək üçün beynəlxalq sertifikatların alınması, gömrük prosedurlarının düzgün idarə olunması və idxalçı ölkələrin tələblərinə uyğunlaşma prosesində birgə fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb.
Müzakirələrin yekunu olaraq, Azərbaycanda istehsal olunan zəli məhsullarının yüksək alıcılıq qabiliyyətinə malik Avropa, Körfəz və Asiya ölkələrinə ixracının təşkili məqsədilə birgə fəaliyyətin həyata keçirilməsi qərara alınıb.
"Azexport"un xidmətlərinə görə ödəniş və yaxud satışlardan komissiya nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
“Azexport” Azərbaycan mallarını Şri-Lanka və Hindistana ixrac edəcək
“Azexport” Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır
Naxçıvandan Efiopiyaya qənnadı məhsulları ixrac ediləcək
“Azexport” profilaktik vasitələrin ixracına sərbəst satış sertifikatı verib
“Azexport”: Azərbaycan məhsullarının ABŞ bazarlarına ixracı genişləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
