Regionlarda 780 qadın kollektiv biznes modeli əsasında özünü məşğulluqla təmin edib
Regionlarda kollektiv qadın biznesləri geniş vüsət alır, indiyədək 780 qadın bu model əsasında özünü məşğulluqla təmin edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilmiş "Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" adlı yan tədbirdə deyib.
Onun sözlərinə görə, bu model çərçivəsində qadınlar birgə fəaliyyət göstərərək daha çox məhsul istehsal edir, satış həyata keçirir və gəlir əldə edirlər. Öz bizneslərini böyütdükcə onlar kənddə yaşayan digər qadınları da işlə təmin edirlər.
G.Qənbərova əlavə edib ki, qarşıda duran əsas məqsədlər biznesin qeydiyyatının sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, qadınların maliyyə resurslarına çıxışının təmin olunmasıdır.
Oxşar xəbərlər
Çiğdem Erdoğan: Türkiyədə qadınların sahibkarlıqda aktiv iştirakı zərurət sayılır
Nurgül Tau: Qadınların öz potensiallarını reallaşdıra biləcəkləri cəmiyyət qurulacağına əminik
Bahar Muradova: Qadın sahibkarlığının təşviqi strateji iqtisadi inkişaf prioritetidir
Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilir
Azərbaycanda yeni qadın kooperativlərinin yaradılmasına başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
