Çiğdem Erdoğan: Türkiyədə qadınların sahibkarlıqda aktiv iştirakı zərurət sayılır
sizinxeber.az xəbər saytı

Çiğdem Erdoğan: Türkiyədə qadınların sahibkarlıqda aktiv iştirakı zərurət sayılır


Türkiyədə qadınların ictimai həyatda və o cümlədən sahibkarlıqda aktiv iştirakı zərurət sayılır.

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadın və Kişi Bərabər İmkanlar Komitəsinin sədri Çiğdem Erdoğan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilmiş "Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" adlı yan tədbirdə deyib.

O qeyd edib ki, Türkiyə Konstitusiyasında qadın və kişilərin hüquq bərabərliyi bütün sahələrdə, o cümlədən əmək münasibətlərində təmin edilib:

"Qadın sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə dövlət tərəfindən müxtəlif təşviq mexanizmləri tətbiq olunur. Bu çərçivədə qadın sahibkarlara göstərilən dəstək kişilərlə müqayisədə daha yüksək səviyyədə müəyyənləşdirilib".

Oxşar xəbərlər

Nurgül Tau: Qadınların öz potensiallarını reallaşdıra biləcəkləri cəmiyyət qurulacağına əminik
Regionlarda 780 qadın kollektiv biznes modeli əsasında özünü məşğulluqla təmin edib
Bahar Muradova: Qadın sahibkarlığının təşviqi strateji iqtisadi inkişaf prioritetidir
Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilir
Əli Hüseynli: Qadın hüquqları və ailə məsələləri ilk dəfə konstitusiyada öz dəqiq təsbitini tapıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər