Azərbaycan şəkər ixracından gəlirini 56 %-dən çox artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan şəkər ixracından gəlirini 56 %-dən çox artırıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycan 116,951 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

"Sizinxeber.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 22,046 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 56,3 % çoxdur.

6 ayda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,02 %-ni, ixrac isə ümumi ixracın 0,17 %-ni təşkil edib.

Xatırladaq ki, I yarımildə Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.

Oxşar xəbərlər

Azərbaycan şəkər ixracından gəlirini 34 % artırıb
Azərbaycan şəkər ixracından qazancını 21 %-dən çox artırıb
Azərbaycan kakao ixracından gəlirini 27 %-ə yaxın artırıb
Azərbaycan gübrə ixracından gəlirini 78 % artırıb
Azərbaycan alkoqollu içkilərin ixracından qazancını 6 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər