Azərbaycanda unun topdansatış qiyməti azalıb
İyunun 30-na olan vəziyyətə görə, Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib.
“Sizinxeber.az” Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə müqayisədə 3 % - 0,7 % azalma ilə müşahidə olunub.
Bakı şəhərində və Abşeron rayonunda isə unun topdansatış qiyməti 26,5-27,5 manat arasında dəyişib. Burada da qiymətlər müvafiq olaraq 1,8-1 % azalıb.
Məlumata görə, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib ki, bu da əvvəlki həftəyə nisbətən 3 % ucuzdur. Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb ki, bu da həftəlik müqayisədə 0,7 % azdır.
İyunun 23-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,8 manat civarında dəyişib.
Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb
Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb
Azərbaycanda un istehsalçılarının topdan satış qiymətləri açıqlanıb
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
