Azərbaycanda un istehsalçılarının topdan satış qiymətləri açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda un istehsalçılarının topdan satış qiymətləri açıqlanıb


3 aprel tarixinə Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat arasında dəyişib.

Bu barədə Sizinxeber.az-Economics”ə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.

Xatırladaq ki, martın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,8-28,2 manat arasında dəyişib.

Oxşar xəbərlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb
Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb - SİYAHI
Azərbaycanda 1 kiloqram balın orta satış qiyməti 11 %-ə yaxın artıb
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb - CƏDVƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər