Vəfat etmiş şəxsin pensiya kapitalı vərəsələrinə veriləcək? - AÇIQLAMA
“Dünyasını dəyişən şəxsin pensiya kapitalından istifadə olunması müzakirə edilən məsələlərdəndir və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında da məhz bu istiqamətdə həmkarlarımız tərəfindən təklif təqdim olundu. Eyni zamanda təkliflərin bir qismi həmin kapitalın 30%-nin vərəsəsinə verilməsi ilə bağlıdır”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bu baxımdan pensiya kartlarından daha səmərəli istifadə olunması və dünyasını tez dəyişən vətəndaşların pensiya kapitalının bir hissəsinin vərəsəsinə transfer edilməsi məqəsədəuyğun hesab olunur:
“Bu istiqamətdə fiskal qiymətləndirmənin aparılmasına ehtiyac var. Çünki maliyyə qiymətləndirilməsi aparıldıqdan sonra bu istiqamətdə qərarların verilməsi mümkündür”.
V.Bayramov vurğulayıb ki, bütün hallarda bununla bağlı təkliflər komitə iclasında təqdim olunub və profil qurumlar tərəfindən qiymətləndirmə aparıldıqdan sonra hansı qərarın veriləcəyi ilə bağlı aydınlıq yaranacaq:
“Amma biz Sinqapurun təcrübəsini nəzərə alsaq, pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının verilməsi və dünyasını tez dəyişən vətəndaşlarımızın pensiya kapitalının vərəsəsinə transfer imkanlarının yaradılması məqəsədəuyğundur və bu istiqamətdə Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığını qorumaq şərtilə qiymətləndirmənin aparılması və ona uyğun olaraq qərarların verilməsini məqsədəuyğun hesab edirik”.
Oxşar xəbərlər
Minimum pensiya və əmək haqqı necə artacaq? - Cəlil Xəlilov:
Nazir: Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Adolfo Urso: "SOCAR-ın IP-yə investisiyaları İtaliyanın enerji potensialını gücləndirir"
