Türkiyəli güləşçi Rıza Kayaalp 4 illik diskvalifikasiya olunub
sizinxeber.az xəbər saytı

Türkiyəli güləşçi Rıza Kayaalp 4 illik diskvalifikasiya olunub


Türkiyəli güləşçi Rıza Kayaalp 4 illik diskvalifikasiya olunub.

Apasport.az xəbər verir ki, buna qanında tapılan qadağan olunmuş maddə səbəb olub.

36 yaşlı həm dünya, həm Avropa çempionu olan güləşçi cəzası ilə bağlı bunları söyləyib:

"Mən artıq güləşi buraxmış idmançıyam. Düşərgədə zədələnəndə ağrılarımı azaltmaq üçün istifadə etdiyim bir dərman idi. Həkimimin mənə yazdığı şifahi və yazılı reseptə uyğun olaraq müalicəmi davam etdirmişəm. Bu səbəblə Dünya Güləş Birliyi tərəfindən yarışlara qatılmam keçici olaraq qadağan edilmişdi. İdmançı karyeram bu cür çirkin ifadələrə məruz qaldığı üçün hüquqi addımlar atacağıq".

Qeyd edək ki, Kayaalp "orqanizmə əlavə enerji verən maddələrdən istifadə etdiyi" aşkar edildiyi üçün müvəqqəti olaraq idman yarışlarından uzaqlaşdırılıb.

Bu səbəbdən Kayaalp Paris Olimpiadasında iştirak edə bilməyib.

Oxşar xəbərlər

“Çelsi”nin və Ukrayna millisinin futbolçusu Mudrikdə dopinq aşkarlanıb
Fərid Qayıbov: 48 idmançı ilə ilk dəfə olaraq 15 idman növündə qatılırıq
“Qalatasaray” "Trabzonspor"dan Eren Elmalını heyətinə qatıb
Mariya Stadnik karyerasını başa vurub
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər