FHN əməkdaşı qol güləşi üzrə gümüş medal qazanıb - FOTO
18 avqust 2024-cü il tarixində Abşeron Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş qol güləşi üzrə Respublika kuboku uğrunda yarış keçirilib.
FHN-nin mətbuat xidmətindən Sizinxeber.az-ya bildirilib ki, ölkənin şəhər və rayonlarından, eləcə də klub və idman cəmiyyətlərindən müxtəlif çəki dərəcələri üzrə 100-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıb.
Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət kapitanı Rəşad Kəsəmənli hər iki qol üzrə mübarizə apararaq gümüş medal qazanıb.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının medalı ilə mükafatlandırılıblar.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
Oxşar xəbərlər
FHN-in atletika komandası yüksək nəticə göstərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in İdman-sağlamlıq klubunun üzvü Olimpiya Oyunlarının mükafatçısı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in karate komandasının üzvü Avropa Universitet Oyunlarında gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərid Qayıbov: 48 idmançı ilə ilk dəfə olaraq 15 idman növündə qatılırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Olimpiya Oyunlarındakı uğurlarımız göstərir ki, Azərbaycan güclü idman dövlətidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












