Cüdo üzrə Olimpiya çempionları Xankəndiyə səfər edib
Cüdo üzrə Olimpiya çempionları Xankəndi şəhərinə səfər ediblər.
Sizinxeber.az xəbər verir ki, Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoev səfər çərçivəsində şəhər sakinləri ilə görüşüb, burada aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar əvvəlcə Qarabağ Universitetini ziyarət ediblər. Onlara bu ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib. Daha sonra idmançılar Xankəndi stadionuna baş çəkib, burada görülən tikinti işləri ilə maraqlanıblar. Bildirilib ki, yaxın vaxtlarda stadionun yenidənqurma prosesi başa çatdırılacaq. Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, mədəni və idman həyatının bərpası istiqamətində ardıcıl tədbirlər icra olunur.Xatırladaq ki, dövlət başçısı 2024-cü ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı idmançıların azad edilmiş torpaqlara səfərlərinin gənclər və uşaqlar üçün böyük əhəmiyyət daşıyacağını vurğulamışdı. Prezidentin bu çağırışına qoşulan idman ictimaiyyəti nümayəndələrinin səfərləri Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.Qeyd edək ki, proqram çərçivəsində Olimpiya çempionlarımızın Şuşa, Laçın, Füzuli və Ağdama da səfərləri və yerli sakinlərlə görüşləri planlaşdırılıb.
Oxşar xəbərlər
Türkiyənin ticarət nazirinin müavini Qarabağa səfər edib - FOTO
Məşhur səyyah Xankəndidən Avropa və Kanadaya məktublar göndərib
Rumıniya Senatının nümayəndə heyəti Xankəndidə olub
Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorunun 3 müavini olacaq
Ağdərənin Həsənriz kəndində 33 ildən sonra ilk dəfə bayram tonqalı yandırılıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













