İran 5 ərəb ölkəsindən kompensasiya tələb edib
sizinxeber.az xəbər saytı

İran 5 ərəb ölkəsindən kompensasiya tələb edib


İran ABŞ və İsrailin hücumlarında “müharibədə iştirak” ittihamı ilə 5 ərəb ölkəsindən kompensasiya tələb edib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, söhbət Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan gedir. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bildirib ki, bu ölkələr ərazilərinin İran İslam Respublikasına qarşı istifadə olunmasına imkan verməklə öhdəliklərini pozub.

Eyni zamanda, İran hökumətindən “RIA Novosti” agentliyinə bildirilib ki, ABŞ və İsrailin bombardmanları nəticəsində ölkəyə dəymiş zərərin həcmi 270 milyard ABŞ dolları təşkil edir.

Oxşar xəbərlər

İran beş ərəb ölkəsindən müharibədə "ABŞ ilə əlbir olduqları üçün" təzminat tələb edib
İran ABŞ-dən 12 milyard dollardan çox kompensasiya tələb edir
İran BƏƏ-dən ABŞ-nin hücumlarına yardım etdiyinə görə təzminat tələb edir
İran İsrailin Livana hücumları ilə bağlı BMT TŞ-nin iclasının çağırılmasını tələb edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər