Fyodorov: Belçika və İspaniya Ukraynaya 2 milyard avro müdafiə yardımı ayıracaq
Belçika və İspaniya Ukraynaya ayrı-ayrılıqda bir milyard avro müdafiə yardımı ayırır.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov həmin ölkələrin müdafiə idarələrinin rəhbərləri ilə danışıqların yekunlarına əsasən özünün "Telegram" kanalında məlumat paylaşıb.
"Belçikanın müdafiə naziri Teo Franken və İspaniyanın müdafiə naziri Marqarita Robles ilə danışıqlar apardım. Əməkdaşlığın əsas istiqamətlərini – hava hücumundan müdafiənin gücləndirilməsini, dron istehsalının inkişafını və cəbhəni uzaqmənzilli artilleriya ilə təmin etmək üçün "Çexiya təşəbbüsü"nü sinxronlaşdırdıq", - deyə o yazıb.
Fyodorovun sözlərinə görə, Belçika bu il Ukraynaya 1 mlrd. avro müdafiə yardımı ayırır və əlavə "F-16" qırıcılarını təhvil vermək, eləcə də mövcud təyyarələr üçün ehtiyat hissələrinin tədarükünü təmin etmək niyyətini təsdiqləyib.
İspaniya da həmçinin 2026-cı ildə Ukraynaya dəstək üçün 1 mlrd. avro ayırır. Danışıqlar zamanı tərəflər SAFE Avropa mexanizmi çərçivəsində müdafiə sahəsində əməkdaşlığın inkişafına diqqət yetiriblər. Ukrayna İspaniya pilotsuz uçuş aparatlarının döyüş şəraitində sınaqdan keçirilməsi imkanını təklif edib.
Oxşar xəbərlər
Belçika Ukraynaya 1 milyard avro ayırıb
Belçika Ukraynaya ildə bir milyard avroluq silah tədarük etməyi planlaşdırır
Aİ-nin Ukraynaya ümumi yardımı 118 milyard avro təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
