MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
sizinxeber.az xəbər saytı

MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir


Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, bəzi media resurslarında “Təcili: Azərbaycanda 200 tələbə vəfat etdi”, “Şok: Azərbaycanda 200 tələbə vəfat edib” kimi şişirdilmiş başlıqlardan istifadə edilməsi cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir.

“Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə peşəkar jurnalistika prinsiplərinə ciddi şəkildə riayət etməyə çağırırıq. Xüsusilə statistik məlumatların şərhi zamanı onların mənbəyi, metodologiyası və konteksti düzgün izah edilməlidir.

Bir daha xatırladırıq ki, ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılması zamanı məsuliyyətli və peşəkar yanaşma media subyektlərinin əsas vəzifələrindən biridir”, - açıqlamada deyilir.

Oxşar xəbərlər

MEDİA: Bəzi saytlarda şişirdilmiş başlıqlar süni ajiotaj yaradıb
MEDİA: Bəzi saytlar DİM-in statistik məlumatlarını şişirdilmiş başlıqlarla təqdim edib
MEDİA: “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən qərəzli məlumatları media etikasına ziddir
Agentlik: Bəzi media subyektlərinin SOCAR-ın zavodlarından birində yanğınla bağlı yaydıqları məlumat həqiqəti əks etdirmir
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər