Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Bakı Kristal Zalında Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, dövlət və hökumət nümayəndələri, media qurumlarının rəhbərləri, tanınmış idmançılar, ictimai nüfuzlu şəxslər və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə parad təşkil edilib.
Bildirilib ki, olimpiadada ölkənin 59 şəhər və rayonunu təmsil edən 2000-dən çox məktəbli iştirak edir. Yarışlarda iştirak edən məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.
İştirakçılar 21-26 iyun aralığında ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə mübarizə aparacaqlar.
Rəsmi açılış mərasimindən sonra tədbirin bədii hissəsi çərçivəsində konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir. Bu layihə məktəblilər arasında ölkə səviyyəsində təşkil olunan ilk genişmiqyaslı idman tədbiridir.
Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, fiziki hazırlıq səviyyəsini yüksəltmək, istedadlı gəncləri üzə çıxarmaq və onların gələcək inkişaf perspektivlərini dəstəkləməkdir.
Oxşar xəbərlər
"Dini maarifləndirmə və gənclərlə iş" mövzusunda təlim proqramının açılış mərasimi keçirilib
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
“Araz-2025” birgə təliminin açılış mərasimi keçirilib
Fərid Qayıbov "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan təmsilçiləri “Moskva yay oyunları”nda iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
DÇ-2026: Mərakeş Şotlandiya üzərində qələbə qazanıb - YENİLƏNİB-4
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
-
Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib
