Azərbaycanla Keniya arasında enerji əməkdaşlığı müzakirə olunub
Azərbaycanla Keniya arasında enerji əməkdaşlığı müzakirə olunub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və bu ölkənin energetika, neft naziri Ceyms Opiyo Uandayinin görüşündə müzakirə aparılıb.
Bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin inkişafının dinamikasından razılıq ifadə olunub və Keniya-Azərbaycan əməkdaşlığının prioritetlərindən olan energetika, neft-qaz sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.
Ceyms Opiyo Uandayi Keniya Prezidenti Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri zamanı Azərbaycanın Prezidenti İlham Əliyev ilə keçirilən ikitərəfli görüşdə enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirildiyini söyləyib. Nazir qeyd edib ki, enerji resurslarının kəşfi və istismarı sahəsində Azərbaycanın əsrlərlə əldə etdiyi zəngin təcrübənin Keniya ilə bölüşülməsi ölkənin enerji mənbələrinin səmərəli istifadəsinə, kadrların peşə hazırlığına, xarici investisiya imkanlarının artırılmasına mühüm töhfə ola bilər.
Sultan Hacıyev mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini vurğulayaraq ötən il imzalanan "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Keniya Respublikasının Enerji və Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlıq haqqında Anlaşma Memorandumu" çərçivəsində aparılan danışıqların sahə üzrə işbirliyinin intensivləşməsinə xüsusi təsirli olduğunu dilə gətirib.
Səfir qeyd edib ki, Keniya Prezidenti Bakıya səfəri zamanı SOCAR-ın prezidenti Rövşən Nəcəflə də görüşüb.
Sonda iki ölkənin aidiyyəti qurumlarının təmaslarının davam etməsi haqqında razılıq əldə edilib.
Oxşar xəbərlər
Azərbaycan Keniya ilə energetika sahəsində memorandum imzalayıb
Azərbaycan Keniya ilə energetika sahəsində memorandum imzalayıb - YENİLƏNİB
Keniya Prezidenti Kamran Əliyevi qəbul edib
Azərbaycan və Keniya energetika sahəsində sənəd imzalayıb
Keniya su təchizatı infrastrukturunun inkişafı üçün Azərbaycanın təcrübəsindən istifadə etmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
-
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB-3
