"Al-Jazeera": ABŞ-nin blokadasından sonra Hörmüz boğazından üçüncü gəmi keçib
Hazırda ABŞ Hərbi Hava Qüvvələrinin blokadaya aldığı Hörmüz boğazından daha bir tanker keçib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı "MarineTraffic" və "Kpler" sistemlərinin məlumatlarına istinadən məılumat verib.
Bildirilib ki, Panama bayrağı altında üzən "Peace Gulf" tankeri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Həmriyyə limanına istiqamət alıb.
Qeyd edək ki, bundan əvvəl Hörmüz boğazından iki tanker keçib. Boğazdan keçən üç gəmi İran limanlarına yönəlmədiyi üçün ABŞ-nin tətbiq etdiyi blokada onlara şamil edilmir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp aprelin 13-də Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazında İran limanlarının blokadaya alınmasına başlandığını açıqlayıb.
Oxşar xəbərlər
İran Hörmüz boğazından ABŞ və İsraillə əlaqəli gəmilərin keçidini tam qadağan edib
Tramp İranı Hörmüz boğazından istifadəyə görə ödəniş almamağa çağırıb
Tramp İranı Hörmüz boğazında gəmiçilik qaydalarını pozmaqda təqsirləndirib
Bədr əl-Busaidi: Oman Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üzərində işləyir
Xamenei: İran müharibəyə can atmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
