Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeni sanksiyalar rejimini təsdiqləyib
Avropa İttifaqı (Aİ) Şurası təşkilat və onun üzv dövlətlərinə qarşı sabitliyi pozan fəaliyyətinə görə Rusiyaya qarşı yeni sanksiyalar rejimini təsdiqləyib.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şuranın kommünikesində bildirilib.
"Yeni sanksiyalar təşkilata Aİ-nin və onun üzv dövlətlərinin, onların təhlükəsizliyini, müstəqilliyini, eləcə də beynəlxalq təşkilatların və üçüncü ölkələrin əsas dəyərlərini sarsıdan fəaliyyətlərdə iştirak edən şəxs və təşkilatları təqib etməyə imkan verəcək", - sənəddə qeyd olunub.
Bundan əlavə, sənəddə müxtəlif hibrid təhdidlər sadalanır ki, bunlara xüsusilə seçki proseslərinin və demokratik institutların fəaliyyətinin pozulması, əlaqələndirilmiş dezinformasiyadan istifadə, zərərli kiber fəaliyyət və digər sabitliyi pozan addımlar aid edilir.
"Bu yeni hüquqi çərçivəyə əsasən, müvafiq şəxslərin aktivləri dondurulacaq. Aİ vətəndaşları və şirkətlərinin onlara vəsait verməsi qadağan ediləcək", - kommünikedə vurğulanıb.
Məlumata görə, fiziki şəxslərin Aİ ərazisindən tranzit də daxil olmaqla səyahətləri qadağan ediləcək.
Oxşar xəbərlər
Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell Rusiyaya dəstək verdiyinə görə İrana qarşı yeni sanksiyalar vəd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Rusiyaya məxsus dünyanın ən böyük almaz şirkətinə sanksiyalar tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Şurası Rusiyaya qarşı bütün sanksiyaları uzadıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












