Britaniya Rusiyaya sanksiyalardan yayınmağa kömək etmiş 5 təşkilata sanksiya tətbiq edib
Böyük Britaniya XİN Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən şirkətlərin sanksiya siyahısının genişləndirildiyi barədə məlumat verib.
“Report” xəbər verir ki, bu barədə Britaniya XİN-in yeniləmələr siyahısında deyilir.
"Rusiyaya qarşı sanksiya rejimi çərçivəsində səkkiz yeni mövqe əlavə edilib", - məlumatda qeyd olunub.
Yeni sanksiyalar beş təşkilata və üç fiziki şəxsə tətbiq edilib. Xüsusilə Qırğızıstanın Tengricoin, Grinex və Old Vector şirkətlərinə, həmçinin Lüksemburqun “Altair Holding” şirkətinə qarşı sanksiyalar tətbiq edilib.
Bundan əlavə, qırğız "Mərkəzi Asiya Kapital Bank"ına da qarşı sanksiyalar tətbiq edilib. Bu təşkilatlar Rusiya Federasiyasına sanksiyalardan yayınmaqda köməklik göstəriblər.
İyul ayında Böyük Britaniya kölgə donanması ilə əlaqəli 135 gəmini sanksiya siyahısına daxil edib.
Oxşar xəbərlər
Britaniya Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edib
Britaniya Rusiyanın “kölgə donanması”na qarşı yeni sanksiyalar tətbiq edib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Britaniya Şimali Koreyanın müdafiə naziri və generallarına sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
