İnterpol genişmiqyaslı əməliyyat keçirib, 20 minə yaxın heyvan müsadirə edilib
Vəhşi heyvanlar və meşə resurslarının qanunsuz ticarətinə qarşı qlobal mübarizə əməliyyatı zamanı nəsli kəsilmək təhlükəsi altında olan və ya qanunla qorunan 20 minə yaxın heyvan müsadirə edilib.
“Sizinxeber.az” “Euronews”a istinadən xəbər verir ki, keçirilən beynəlxalq əməliyyatda 138 ölkə və regiondan polis, gömrük, sərhəd nəzarəti, meşə və təbiəti mühafizə qurumları iştirak edib.
Əməliyyatı İnterpol və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) koordinasiya edib.
Vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya ilə qorunan heyvan və bitkilərin ticarəti ilə məşğul olan altı transmilli cinayətkar şəbəkə aşkar edilib.
Ümumilikdə 365 şübhəli şəxs həbs edilib. Müsadirə olunan heyvanlar arasında 12 min 427 quş, 5 877 tısbağa, 1 731 digər sürünən heyvan, 33 primat, 18 iri pişik və 12 panqolin var.
Bu növlərin bir çoxu qida, ehtimal edilən müalicəvi fayda və ya ev heyvanları kimi xüsusi bazar tələbatını ödəmək üçün qanunsuz daşınır.
Oxşar xəbərlər
Bu il Azərbaycanda 29 min 489 heyvan dişləməsi qeydə alınıb
Saatlıda ev quşları və 10 baş xırdabuyunuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Saatlıda ev quşları və 10 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Tailand nəsli kəsilməkdə olan 1000-ə yaxın heyvanı Madaqaskara qaytarır
Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib, minlərlə qanunsuz odlu silah müsadirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
