Nikkei: Yaponiya Qrenlandiyaya nümayəndə heyəti göndərəcək
sizinxeber.az xəbər saytı

Nikkei: Yaponiya Qrenlandiyaya nümayəndə heyəti göndərəcək


Yaponiya nadir torpaq elementlərinin hasilatı potensialını qiymətləndirmək üçün bu yay Qrenlandiyaya nümayəndə heyəti göndərməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Nikkei" məlumat yayıb.

Nümayəndə heyətinin üzvləri yerli hakimiyyət orqanları ilə danışıqlar aparacaq və strateji xammalın çıxarılması sahəsində əməkdaşlıq perspektivlərini araşdıracaqlar.

Qrenlandiyaya maraq nadir torpaq metalları uğrunda qlobal rəqabət fonunda artır. Danimarka Krallığının muxtar ərazisi olan Arktika adası strateji mövqeyi və əhəmiyyətli potensial mineral ehtiyatları sayəsində diqqəti cəlb edir.

Oxşar xəbərlər

Ukrayna nümayəndələri nadir torpaq metalları üzrə danışıqlar aparmaq üçün ABŞ-də səfərdədir
Rusiya və ABŞ nadir torpaq metalları üzrə danışıqlara başlayıb
Makron Arktikada təhlükəsizlik məsələlərinin müzakirəsi üçün Qrenlandiyaya səfər edəcək
Britaniya Yaponiyaya nadir torpaq metalları tədarük edəcək
Ukrayna və ABŞ bu gün nadir torpaq metalları ilə bağlı saziş imzalaya bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər