Uolts: Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması geosiyasi mənzərəni dəyişəcək
sizinxeber.az xəbər saytı

Uolts: Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması geosiyasi mənzərəni dəyişəcək


Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulması geosiyasi mənzərəni dəyişəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

"Azərbaycan təkcə Birləşmiş Ştatlarla yaxınlaşmağa deyil, eləcə də Ermənistan və İsraillə sazişlər bağlamağa (İbrahim sazişlərinə qoşulmaq - red.) çalışır. Bu, nəinki Amerika biznesi üçün geniş kommersiya imkanları açacaq, həm də geosiyasi mənzərəni dəyişəcək", - o vurğulayıb.

Qeyd edək ki, dinləmələrdə Uoltsun ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyinə baxılıb. O, əvvəllər Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri olub, lakin husilərə zərbələrlə bağlı gizli planların müzakirəsi ilə bağlı qalmaqaldan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Oxşar xəbərlər

Mayk Uolts: Vaşinqton Suriyaya qarşı sanksiyaların ləğvinə davam edəcək
Tramp Uoltsun ABŞ-nin BMT-dəki səfiri vəzifəsinə namizədliyini irəli sürüb
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd ölkənin ÜST-dən çıxmasını dəstəkləyib
Tramp Əş-Şaraanı İsraillə münasibətləri normallaşdırmağa çağırıb
KİV: Uolts ABŞ milli təhlükəsizlik müşaviri vəzifəsini tərk edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər