sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Mayk Uolts: Vaşinqton Suriyaya qarşı sanksiyaların ləğvinə davam edəcək
ABŞ administrasiyası Suriyaya qarşı sanksiyaları aradan qaldırmağa davam etmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
“Regionda gözlənilən imkanları reallaşdırmaq üçün bir sıra sanksiyaların ləğvi lazımdır”, - o qeyd edib.
Uolts əlavə edib ki, təsdiq olunacağı təqdirdə ABŞ-nin müttəfiqləri ilə birlikdə bunun üzərində işləyəcək. O xatırladıb ki, sanksiyalar İranın təsirinə və keçmiş prezident Bəşər Əsəd rejiminə qarşı tətbiq olunub.
Hansı məhdudiyyətlərin qaldırılacağı məlum deyil.
Oxşar xəbərlər
Uolts: Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması geosiyasi mənzərəni dəyişəcək
ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldacaq
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb
KİV: Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
Uolts: ABŞ Ukrayna ilə danışıqlarda irəliləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
