Şimali Koreya nüvə silahı ilə bağlı heç bir öhdəliyinin olmadığını bəyan edib
sizinxeber.az xəbər saytı

Şimali Koreya nüvə silahı ilə bağlı heç bir öhdəliyinin olmadığını bəyan edib


Koreya Xalq Demokratik Respublikası "Nüvə silahının yayılmaması haqqında" müqavilə üzrə heç bir öhdəliyə bağlı deyil.

"Report" "KCNA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq bildirib.

Onun sözlərinə görə, ABŞ və bəzi digər ölkələr nüvə silahı ilə bağlı BMT-nin mənzil-qərargahında keçirilən 11-ci icmal konfransında Şimali Koreyanın nüvə arsenalı məsələsini qaldırmaqla forumun "atmosferini korlayırlar".

Kim Sonq vurğulayıb ki, Şimali Koreyanın nüvə silahına malik dövlət statusu "ritorik ifadələr" və ya "xarici qüvvələrin birtərəfli istəkləri" ilə dəyişdirilə bilməz.

Oxşar xəbərlər

Şimali Koreya KİV: Pxenyanın nüvə silahı alqı-satqı predmeti deyil
XİN: Şimali Koreyanın nüvəsizləşdirilməsi konsepsiyası artıq mümkün deyil
Şimali Koreya uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər