Şimali Koreya lideri ölkəsinin nüvə statusundan heç vaxt imtina etməyəcəyini bildirib
Şimali Koreya lideri Kim Çen İn Koreya Xalq Demokratik Respublikası (KXDR) Ali Xalq Məclisinin 15-ci çağırışının ilk sessiyasında proqram xarakterli çıxışı zamanı bildirib ki, onun ölkəsi heç vaxt nüvə dövləti statusundan imtina etməyəcək.
"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
"Respublika hökuməti bundan sonra da nüvə dövləti statusunu əzmlə möhkəmləndirəcək", - o qeyd edib.
Siyasətçinin sözlərinə görə, KXDR hakimiyyəti bunu "onların bütün antirespublika təxribat xarakterli əməllərini darmadağın etmək üçün" etmək niyyətindədir.
Kim Çen İn həmçinin hakimiyyət tərəfindən rəsmən düşmən kimi tanınan ölkənin adını çəkib.
"Xüsusən də biz Cənubi Koreyanı ən düşmən dövlət kimi qəbul edəcək, ən aydın sözlər və hərəkətlərlə onu tamamilə rədd edəcək və məhəl qoymayacağıq", - Şimali Koreya lideri bildirib.
O əlavə edib ki, Cənubi Koreyanın KXDR-in suverenliyinə hər hansı şəkildə qəsd etmək istiqamətindəki istənilən cəhdləri dərhal və sərt cavabla nəticələnəcək.
Oxşar xəbərlər
KXDR Koreya Respublikası ilə əlaqəni tamamilə kəsib
KXDR Cənubi Koreyaya xəbərdarlıq edib
Cənubi Koreya ordusu Şimali Koreyanı hədələyib
KXDR Koreya yarımadasında GPS siqnalını bloklayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
