Şimali Koreya KİV: Pxenyanın nüvə silahı alqı-satqı predmeti deyil
Şimali Koreya ordusunun silahlanmasında olan nüvə silahı düşmən qüvvələrin təcavüzkar hərəkətlərinin qarşısını almaq üçün nəzərdə tutulub və alqı-satqı predmeti deyil.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTA) şərhində bildirilib.
“Dövlətimizin nüvə silahlı qüvvələri ölkənin suverenliyini və xalqın təhlükəsizliyini pozan, regionda sülhü təhdid edən düşmən qüvvələrin istənilən təcavüzkar hərəkətlərinin qarşısını almaq üçündür”, – materialda qeyd olunub.
Həmçinin vurğulanıb ki, Pxenyanın “qəpik-quruşa” görə ondan imtina etməyi nəzərdə tutan “alqı-satqı predmeti” olmayan nüvə silahı barədə “kimdənsə tanınmağa ehtiyacı yoxdur”.
Şərhdə ABŞ-nin yeni prezidenti Donald Trampın siyasətindən bəhs edilməsə də, “reallıqları nəzərə almayaraq, gülüş doğuran ekssentrik cəfəngiyyat danışan” NATO və Aİ tənqid edilir.
Beləliklə, KMTA Şimali Koreyanın nüvə proqramının “tam, yoxlanıla bilən və geri dönülməz” şəkildə sökülməsinə dair çağırışları qiymətləndirib.
Oxşar xəbərlər
Şimali Koreya uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını artıracaq
Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayır
Lukaşenko: Belarusun nüvə silahı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
