Seul Pxenyanı nüvə silahından istifadə ediləcəyi təqdirdə “rejimin sonu” ilə hədələyir
KXDR-in nüvə silahından istifadəsi "onun rejiminin sonuna" gətirib çıxaracaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yun Sok Yol Sonnam aerodromunda Silahlı Qüvvələr Günü münasibətilə keçirilən təntənəli mərasimdə bildirib.
“Əgər Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd göstərsə, ordumuzun və Cənubi Koreya-ABŞ ittifaqının əzici və qətiyyətli cavabı ilə üzləşəcək. Həmin gün Şimali Koreya rejiminin sonu günü olacaq”, – Prezident deyib. Onun çıxışını KBS telekanalı yayımlayıb. Daha sonra Seulun mərkəzi küçəsində hərbi parad keçiriləcək.
“Şimali Koreya rejimi nüvə silahının onu qoruduğu illüziyasından xilas olmalıdır”, – Yun Sok Yol vurğulayıb. O qeyd edib ki, Vaşinqton Bəyannaməsinin qəbul edilməsi ilə Cənubi Koreya və ABŞ ittifaqı "nüvə silahına əsaslanan alyans" olub. Cənubi Koreya lideri həmçinin Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlığı gücləndirəcəyini bildirib.
Yun Sok Yol qeyd edib ki, oktyabrın 1-dən rəsmi olaraq fəaliyyətə başlayacaq Cənubi Koreya Strateji Komandanlığı ölkəni KXDR-in "nüvə təhdidi və digər kütləvi qırğın silahlarından" qorumaq üçün əsas bölmə olacaq. Onun sərəncamında "Hyonmu" ballistik raketləri, F-35 qırıcıları və ballistik raketli sualtı qayıqlar kimi silah sistemləri olacaq. Gözlənilir ki, bu komandanlıq ABŞ Silahlı Qüvvələrinin Amerika nüvə arsenalına cavabdeh olan Strateji Komandanlığı ilə sıx əməkdaşlıq edəcək.
Oxşar xəbərlər
Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında döyüş atışlı təlimlər keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Cənubi Koreya Şimali Koreyanı zibil balonlarını havaya buraxmağı dayandırmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hər an müharibə ola bilər - Kim Çen göstəriş verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimali Koreya uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












