Cənubi Koreyanın sabiq prezidenti təkrar həbs olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
iy
2025
22:00

Cənubi Koreyanın sabiq prezidenti təkrar həbs olunub

09 iy, 2025
22:00
598

Cənubi Koreyanın sabiq prezidenti təkrar həbs olunub

Seulun Mərkəzi Dairə Məhkəməsi 2024-cü ilin dekabrın 3-də hərbi vəziyyət hadisələrinin araşdırılması çərçivəsində Koreya Respublikasının keçmiş prezidenti Yun Sok Yolun yenidən həbs olunması barədə qərar qəbul edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə yerli "Yonhap" agentliyi xəbər verib.

Qeyd olunur ki, hərbi vəziyyət dövründəki hadisələrin araşdırılmasına məsul olan xüsusi prokuror Ço In Sok iyunun 6-da müvafiq ərizə təqdim edib.

Yun Sok Yol beş əsas hüquq pozuntusunda şübhəli bilinir.

Bundan əvvəl Yun Sok Yola dövlət quruluşuna qarşı qiyam təşkil etməkdə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın