Kim Çen İn yeni nüvə materiallarının istehsalı zavoduna baş çəkib
Koreya Xalq Demokratik Respublikası (KXDR) rəhbəri Kim Çen İn yaxın vaxtlarda fəaliyyətə başlamış nüvə materiallarının istehsalı üzrə yeni müəssisəyə təftiş xarakterli səfər edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Ölkə lideri ilə birlikdə müəssisədə Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin müdafiə sənayesi şöbəsinin rəhbər işçiləri, həmçinin Nüvə Silahları Elmi Tədqiqat İnstitutunun nümayəndələri olublar.
Ziyarət zamanı respublika lideri istehsalat dövrlərini, texnoloji parametrləri və məhsul istehsalı ilə bağlı uzunmüddətli planları ətraflı şəkildə öyrənib. Kim Çen İn mütəxəssislərin silah dərəcəli nüvə materiallarının istehsal bazasının sonradan gücləndirilməsi üçün möhkəm təməl yaratmağa nail olduqlarını xüsusi qeyd edib.
KXDR rəhbəri bildirib ki, ötən beş il ərzində silah dərəcəli nüvə materiallarının istehsalı üzrə istehsal gücləri iki dəfə artırılıb. Bundan əlavə, o xatırladıb ki, partiyanın IX qurultayında nüvə silahlı qüvvələrinin gücləndirilməsinə dair yeni beşillik proqram qəbul edilib və bu proqram ölkənin atom arsenalının genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində strateji kursu nəzərdə tutur.
Keçirilmiş müşavirənin nəticələrinə əsasən, respublikanın nüvə silahlı qüvvələrinin "həndəsi silsilə ilə" möhkəmləndirilməsinə dair növbəti planın icra mərhələləri konkretləşdirilib, həmçinin onun yerinə yetirilməsinin təminatları müəyyən edilib.
Oxşar xəbərlər
Şimali Koreya uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını artıracaq
Şimali Koreya lideri ölkəsinin nüvə statusundan heç vaxt imtina etməyəcəyini bildirib
Kim Çen İn KXDR-in hərbi sənaye kompleksinin müəssisələrini təftiş edib
KXDR XİN nüvə potensialını artırdığını elan edib
KXDR yeni esminesin silah sistemlərinin sınağını keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropa çempionatı: Azərbaycanın minifutbol yığması bu gün yarımfinalda Serbiya ilə qarşılaşacaq
-
Delhidə restoranda baş verən yanğın nəticəsində 10 nəfər ölüb
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
DÇ-2026-da ən çox futbolçu ilə "Mançester Siti" təmsil olunacaq
