Livan və İsrail atəşkəs rejiminin icrası barədə razılığa gəlib
sizinxeber.az xəbər saytı

Livan və İsrail atəşkəs rejiminin icrası barədə razılığa gəlib


Livan və İsrail nümayəndələri ABŞ-də keçirilən danışıqların yekununda atəşkəs rejiminin icrası ilə bağlı razılıq əldə ediblər.

Sizinxeber.az-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin yaydığı birgə bəyanatda bildirilib ki, tərəflər iyunun 2-3-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparıblar.

Bəyanata əsasən, razılaşma “Hizbullah”ın atəşi tam dayandırması və təşkilatın Litani çayının cənubundakı bütün qüvvələrini bölgədən çıxarması şərti ilə həyata keçiriləcək.

Dövlət Departamentinin məlumatına görə, tərəflər ABŞ-ın vasitəçiliyi ilə yaxın vaxtlarda pilot layihə kimi Livan ordusunun nəzarətində olacaq və qeyri-dövlət silahlı qrupların iştirak etməyəcəyi xüsusi zonaların yaradılmasına başlamaq barədə də razılığa gəliblər.

Qeyd olunub ki, bu addımlar sülh və təhlükəsizliklə bağlı hərtərəfli razılaşmanın əldə olunmasına şərait yarada bilər.

Tərəflər həmçinin iyunun 22-dən başlayacaq həftədə siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər. ABŞ isə bu müddətdə tərəflər arasında əlaqələndirici rol oynayacağını bildirib.

Oxşar xəbərlər

ABŞ Dövlət Departamenti: İsrail və Livan atəşkəs barədə razılığa gəlib
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
İsrail və Livan “Hizbullah”ın tərksilahında razılaşıb
Vaşinqtonda İsrail və Livan arasında görüş başlayıb
Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər