KXDR XİN nüvə potensialını artırdığını elan edib
Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinin Xarici siyasət şöbəsi respublikanın müharibəyə hazırlıq dərəcəsini artırmaq üçün nüvə potensialını artırması barədə xəbərdarlıq edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Şöbənin "düşmən qüvvələrin hər hansı bir seçiminə daha güclü əks tədbirlərlə cavab verəcəyik" adlı rəsmi məlumatında deyilir: "Nüvə təhlükəsinin güclənməsi və bir tərəfin təxribatçı nüvə hazırlığının koordinasiyası digər tərəfin nüvə ehtiva edən qüvvələrinin gücləndirilməsinin, nüvə müharibəsinə girməyə tam hazır olmasının vacibliyini vurğulayır”.
Məlumat ABŞ və Cənubi Koreyanın 30 iyul - 1 avqust tarixlərində Cənubi Koreyanın Kyoonqido əyalətindəki Birləşmiş Ştatların hərbi bazasında Şimali Koreyanın nüvə silahının istifadəsinə cavab olaraq nüvə əməliyyatının təqlidi ilə “Iron Mace” təlimlərinin keçirilməsi ilə əlaqədar yayılıb.
Təlimlər aprelin 26-da Vaşinqtonda keçirilən Amerika-Cənubi Koreya sammitinin yekunları üzrə yaradılan nüvə planlaşdırması üzrə Məşvərət Qrupu çərçivəsində keçirilib.
"Bu, ABŞ və Koreya Respublikası arasında nüvə müharibəsi planının olduğunu göstərir. KXDR nüvə zərbəsi ilə praktik və konkret həyata keçirilmə mərhələsinə qədəm qoydu", - agenlik yazıb.
Oxşar xəbərlər
Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında döyüş atışlı təlimlər keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Cənubi Koreya Şimali Koreyanı zibil balonlarını havaya buraxmağı dayandırmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ nüvə triadasının üçdə ikisi döyüşə hazır vəziyyətdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ dünyada nüvə məhdudiyyətlərini ləğv etməyə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












