Bakının üç rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bakının Yasamal, Nizami və Xəzər rayonlarının bir sıra ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq .
Bu barədə "Sizinxeber.az" "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, Yasamal, Nizami və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.
Transformator Məntəqəsində (TM) həyata keçirilən təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonu Məhəmməd Naxçıvani, Fuad İbrahimbəyov, İbrahim Əbilov, Abdulla Şaiq küçələrinin bir hissəsində elektrik enerjsinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin eyni saatlarda Nizami rayonunda 2 TM-də görüləcək təmir-təftiş işləri zamanı enerji fasiləsi Keşlə qəsəbəsi, Qara Qarayev prospekti və Əli Vəliyev küçəsinin bəzi ərazilərini əhatə edəcək.
Xəzər RETSİ ərazisində 35/6 kV-luq 459 saylı yarımstansiyadan qidalanan 6 kV-luq elektrik xətlərində naqillərin yenilənməsi ilə əlaqədar saat 10:00-dan 15:00-dək Mərdəkan qəsəbəsi Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Ramin Qasımov küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Paytaxtın üç rayonunun elektrik xəttlərində yenidənqurma işləri aparılacaq
Hövsan və Şüvəlan qəsəbələrində işıq olmayacaq
Bakı və Sumqayıtın bəzi ərazilərində işıqlar sönəcək - SİYAHI
Bu gün Şağan qəsəbəsində işıq olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropa çempionatı: Azərbaycanın minifutbol yığması bu gün yarımfinalda Serbiya ilə qarşılaşacaq
-
Delhidə restoranda baş verən yanğın nəticəsində 10 nəfər ölüb
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
DÇ-2026-da ən çox futbolçu ilə "Mançester Siti" təmsil olunacaq
