"Hizbullah" İsrail və Livanın razılaşması fonunda tərk-silah olmayacağını açıqlayıb
sizinxeber.az xəbər saytı

"Hizbullah" İsrail və Livanın razılaşması fonunda tərk-silah olmayacağını açıqlayıb


"Hizbullah" qruplaşması İsrail və Livanın atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəlməsinə münasibət bildirib.

"Sizinxeber.az"un "Fars" agentliyinə istinadən xəbərinə görə, "Hizbullah"ın Siyasi Şurasının sədr müavini Mahmud Qəmati heç bir qüvvənin Livan müqavimətini tərk-silah olmağa məcbur edə bilməyəcəyini deyib.

"ABŞ və İsrailin bütün səyləri uğursuzluqla nəticələnəcək. Qarşıdurma davam edir və müqavimət hələ də ayaqdadır", - M. Qəmati qeyd edib.

"ABŞ və İsrailin müqavimətin silahları ilə bağlı heç bir hüququ yoxdur, çünki bu, Livanın daxili məsələsidir", - "Fars" onun sözlərindən sitat gətirib.

Daha əvvəl ABŞ Dövlət Departamenti İsrail və Livan nümayəndə heyətlərinin ABŞ-dəki danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəldiyini açıqlayıb.

Oxşar xəbərlər

ABŞ Dövlət Departamenti: İsrail və Livan atəşkəs barədə razılığa gəlib
"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib
Livan Prezidenti: "Hizbullah" tərk-silah edilməlidir
İsrailin Livanın cənubuna hücumunda 11 nəfər həlak olub
İsrail Livanda "Hizbullah"ın silah anbarına zərbə endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər