Baş Qərargahı: Ukrayna Müdafiə Qüvvələri Rusiya aerodromlarına zərbələr endirib
İyunun 6-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın kütləvi zərbələrə başlamasından əvvəl Rusiya aviasiyasının yerləşdiyi aerodromlara qabaqlayıcı zərbələr endirib.
Bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
Qeyd olunur ki, əməliyyat nəticəsində strateji bombardmançıların yerləşdiyi Saratov vilayətindəki “Engels” aerodromuna, eləcə də aviatankerlərin və müşayiət edən qırıcıların havaya qalxdığı Ryazan vilayətindəki “Dyaqilevo” aerodromuna zərbələr endirilib.
Saratov vilayətində yanacaq-sürtkü yağları olan ən azı üç çənə zərbələr endirilib, zərbələrdən sonra obyektdə genişmiqyaslı yanğın baş verib. Fövqəladə yardım xidmətləri yanğını lokallaşdıra bilməyib, xeyli tüstülənmə müşahidə olunur: “Hədəflərin olduğu ərazidə onlarla partlayış qeydə alınıb. Dəymiş ziyanın nəticələri dəqiqləşdirilir”, - məlumatda deyilir.
Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisindəki bir sıra obyektlərə, eləcə də Ukraynanın Rusiya qoşunlarının nəzarətində olan ərazilərinə də zərbələr endirib. Zərbələr hərbi infrastruktura yönəlib və Ukrayna tərəfinin bəyanatlarına görə, hərbi əməliyyatlar bitənə qədər davam edəcək.
Oxşar xəbərlər
Ukrayna SQ: Rusiya gecə Ukrayna istiqamətdə 400-dən çox dron və 44 raket buraxıb
Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirib
Rusiya Müdafiə Nazirliyi: Gecə ərzində regionlar üzərində 162 Ukrayna PUA-sı məhv edilib
ABŞ qüvvələri Yəməndə husilərə məxsus silah anbarlarına zərbələr endirib
Ukrayna Rusiyanın Kursk vilayəti ilə bağlı bəyanatını təkzib edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
