

Rubio: ABŞ Rusiya – Ukrayna münaqişəsinin həllində vasitəçi rolundan imtina etməyəcək
ABŞ-nin administrasiyası Rusiya – Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini dayandırmayacaq, lakin səmərəsiz danışıqlarda iştirak etmək niyyətində deyil.
“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Antalyada jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ondan soruşublar ki, aprel ayında Amerika hakimiyyəti tərəfindən elan edildiyi kimi, konkret irəliləyiş olmadığı təqdirdə Vaşinqton vasitəçi rolundan imtina etmək niyyətindədirmi.
“Əminliklə deyə bilərəm ki, ABŞ Prezidenti Donald Tramp sülhə nail olmaq üçün lazım olduğu müddətdə sülh yolu ilə həll səylərini dəstəkləməyə hazırdır. Lakin biz bütün dünya boyunca uçmağa və məhsuldar olmayacaq görüşlərdə iştirak etməyə davam edə bilmərik. Mən NATO sammiti səbəbindən burada olmalı idim, ona görə də hər şey belə alındı”, – Rubio cavab verib.
Dövlət katibi əlavə edib ki, ABŞ “artıq bu danışıqların arxasınca bütün dünya boyunca qaçmayacaq”. “Biz gəldik, çünki bizə Rusiya və Ukrayna arasında birbaşa qarşılıqlı əlaqənin baş verə biləcəyi deyilmişdi. Əvvəlcədən belə planlaşdırılmışdı. Siz hamınız eyni şeyi eşitmisiniz. Amma bu hələ baş verməyib”, – dövlət katibi bildirib.
Rubio hesab edir ki, Rusiya nümayəndə heyətinin tərkibi danışıqların Rusiya – Ukrayna münaqişəsinin həllində irəliləyişə gətirib çıxarmayacağını göstərir.
“Rusiya tərəfinin göndərdiyi komandanın səviyyəsi, əlbəttə, onun ciddi irəliləyişə səbəb olacağını göstərmir. Ümid edirəm ki, yanılıram. Ümid edirəm ki, 100 % yanılıram. Ümid edirəm ki, sabah (mayın 16-da - red.) xəbərlərdə onların atəşkəs barədə razılaşdıqlarını və ciddi danışıqlara başlamağa razı olduqlarını deyəcəklər. Amma mən sadəcə sizə öz qiymətləndirməmi verirəm”, – dövlət katibi vurğulayıb.
Oxşar xəbərlər
Rubio: ABŞ, irəliləyiş olmasa, Ukrayna ilə bağlı danışıqlardan çıxacaq
Ukrayna üzrə irəliləyiş olmazsa, ABŞ vasitəçilik rolundan imtina edəcək
Marko Rubio: ABŞ NATO-da qalacaq
Rubio: ABŞ-də məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür
ABŞ dövlət katibi: Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
