Baş nazir: Ermənistanda Rusiya qoşunlarının mövcudluğundan imtina etmək niyyətində deyilik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
in
2025
15:00

Baş nazir: Ermənistanda Rusiya qoşunlarının mövcudluğundan imtina etmək niyyətində deyilik

13 in, 2025
15:00
393

Baş nazir: Ermənistanda Rusiya qoşunlarının mövcudluğundan imtina etmək niyyətində deyilik

İrəvan Ermənistan ərazisində Rusiya qoşunlarının mövcudluğunu dayandırmaq niyyətində deyil.

"Report"un erməni mediasına istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Praqada "GLOBSEC 2025" forumunda bildirib.

"Bilirsiniz ki, regionda mürəkkəb vəziyyətimiz var. Siz Ermənistanda Rusiya qoşunlarının mövcudluğunu qeyd etdiniz. Lakin mən qeyd etmək istərdim ki, Ermənistanda həmçinin Aİ-nin monitorinq missiyası da var. Keçən il biz Rusiya qoşunlarının mövcudluq səviyyəsini azaltdıq, lakin digər tərəfdən, hazırda Ermənistanda Rusiya qoşunlarının mövcudluğunu dayandırmaq kimi bir vəzifəmiz yoxdur. Bizim başqa bir vəzifəmiz var - region ölkələri ilə möhkəm və sabit sülh yaratmağı bacarmaq", - deyə N.Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətləri pozmaq vəzifəsini qarşısına qoymur:

"Hazırda Avropa İttifaqı ilə çox sıx əməkdaşlığımız var. Lakin digər tərəfdən, Rusiya ilə münasibətləri pozmaq kimi bir vəzifəmiz yoxdur, çünki xarici siyasətimiz tarazlaşdırılmışdır".

Bizimlə əlaqə saxlayın