Cənubi Koreyada zavodda baş verən partlayışda dörd nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Cənubi Koreyada zavodda baş verən partlayışda dörd nəfər həlak olub


Cənubi Koreyanın Tecon şəhərində yerləşən "Hanwha Aerospace" müdafiə korporasiyasının istehsalat obyektində baş verən partlayış nəticəsində azı dörd nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Bu barədə "Sizinxeber.az" yerli "Yonhap" agentliyinə istinadən xəbər verir.

Partlayış bazar ertəsi səhər saatlarında, ilkin məlumata görə, zavodun birinci mərtəbəsində baş verib, hadisənin səbəbləri hələlik müəyyən edilməyib. Yanğınsöndürənlər hazırda binanı bürümüş yanğını söndürməyə çalışırlar.

Cənubi Koreya Prezidenti Li Çje Myon xilasetmə əməliyyatının keçirilməsi üçün bütün mövcud resursların səfərbər olunması barədə tapşırıq verib.

Oxşar xəbərlər

Cənubi Koreyada zavodda baş verən yanğında 10 nəfər ölüb
İdlibdə partlayış nəticəsində dörd nəfər ölüb, 100-dən çox yaralı var - YENİLƏNİB
Cənubi Koreyada zavodda baş verən yanğında ölənlərin sayı 14-ə çatıb
Braziliyada zavodda partlayış nəticəsində 9 nəfər ölüb
Tailandda fişəng fabrikində partlayış olub, ən azı dörd nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər