SEPAH ABŞ-nin zərbələrinə cavab verildiyini açıqlayıb
sizinxeber.az xəbər saytı

SEPAH ABŞ-nin zərbələrinə cavab verildiyini açıqlayıb


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İranın cənubundakı Sirik adasını hədəf almasına cavab verib.

"Report"un "Mehr" Xəbər Agentliyinə istinadən məlumatına görə, bu barədə SEPAH-ın bəyanatında deyilir.

Bildirilib ki, ABŞ ordusunun Hörmüzqan əyalətində yerləşən Sirik adasındakı rabitə qülləsinə zərbə endirdiyi aviabaza SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən hədəfə alınıb.

"Nəzərdə tutulan hədəflər məhv edilib", - bəyanatda vurğulanıb.

SEPAH ABŞ-ni qarşılıq verəcəyi halda, cavabın "tamamilə fərqli" olacağı barədə hədələyib.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubundakı Qoruq rayonunda və Qeşm adasında yerləşən radar obyektlərinə və pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqələrinə zərbələr endirdiyini bəyan edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

İsrail Ordusu Tehranda SEPAH-ın obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb
CENTCOM İranın cənubundakı hərbi hədəflərə zərbələr endirildiyini açıqlayıb
SEPAH Livan və Qəzzadakı İsrail qoşunlarını raket hücumu ilə hədələyib
İran ABŞ bazalarına və İsrail obyektlərinə zərbələr endirdiyini bəyan edib
SEPAH ABŞ-ni "güclü zərbə" endirməklə hədələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər