“The Jerusalem Post”: İsrail 11 girovun azad olunmasını tələb edir
İsrail tərəfi Qəzza zolağında 40 gün ərzində atəşkəsin təmin olunması müqabilində 11 girovun azad edilməsində israrlıdır.
“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ vətəndaşlığı olan İsrail hərbçisi İdan Aleksandr və daha 10 girovdan gedir.
Qəzetin mənbəsi bildirir ki, döyüşlərdə fasilə zamanı Qəzzada hərbi kampaniyanın sonrakı mərhələləri və münaqişənin dayandırılması şərtləri ilə bağlı danışıqlar aparılacaq. Nəşr yazır ki, İsrail bütün girovların azad edilməsi ilə yanaşı, hərbi əməliyyatların dayandırılmasının mümkün variantları, o cümlədən Fələstin anklavı daxilində təhlükəsizlik zonasının yaradılması, demilitarizasiya və HƏMAS üzvlərinin öz ərazisindən çıxarılması ilə bağlı bir sıra tələblər irəli sürür.
Hazırda HƏMAS nümayəndələri yalnız beş girovu azad etməyə razılaşıblar.
Oxşar xəbərlər
KİV: İsrail HƏMAS-dan 11 girovu azad etməyi tələb edib
"The Jerusalem Post": Qəzza ilə bağlı danışıqlar ləng gedir
HƏMAS sağ qalan israilli girovların siyahısını hələ də təqdim etməyib
İsrail HƏMAS-la razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib
KİV: Üç girovun azad edilməsi İsrail və HƏMAS arasında atəşkəsin ilk addımıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













