ABŞ-də neft ehtiyatları həftə ərzində 2,1 milyon barrel artıb
sizinxeber.az xəbər saytı

ABŞ-də neft ehtiyatları həftə ərzində 2,1 milyon barrel artıb


ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 2,1 milyon barrel artaraq noyabrın 1-nə 427,7 milyon barrel təşkil edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, hazırkı ehtiyatların həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 2 % aşağıdır.

Bakı vaxtı ilə saat 19:35-də London ICE birjasında “Brent” neftinin yanvar fyuçersi 0,87 % azalaraq bir barrel üçün 74,87 dollar, WTI neftinin dekabr fyuçersinin qiyməti isə 0,65 % azalaraq bir barrel üçün 71,52 dollar təşkil edib. Saat 21:19-da “Brent”in qiyməti bir barrel üçün 75,32 dollara, WTI-nin qiyməti isə bir barrel üçün 72,03 dollara yüksəlib.

Oxşar xəbərlər

KİV: ABŞ strateji ehtiyat üçün 6 milyon barrel neft almağı planlaşdırır
EIA Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnozunu açıqlayıb
Dünya bazarlarında neft 73 dollara kimi ucuzlaşıb
Azərbaycan neftinin qiyməti 86 dollara düşüb
ABŞ-də neft ehtiyatları həftə ərzində 4,65 milyon barel azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər