sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsveçdə naməlum şəxs avtomobillə Rusiya səfirliyinin ərazisinə daxil olmağa cəhd edib
Stokholmda avtomobillə Rusiya səfirliyinin ərazisinə daxil olmağa cəhd edən naməlum şəxs saxlanılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə SVT telekanalı İsveç polisinin məlumatına istinadən xəbər verib.
"Stokholmda Rusiya səfirliyinin yaxınlığında bir kişi saxlanılıb. İdarə etdiyi avtomobil səfirliyin darvazasına çırpılan həmin şəxs qanunsuz müdaxilə cəhdində şübhəli bilinir", - materialda qeyd olunur.
Polis nümayəndəsinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə 45 yaşlı kişi avtomobilin içində olub. O, səfirliyin ərazisinə daxil ola bilməyib.
Oxşar xəbərlər
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib
BOK-a avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib
Yaponiyada Baş nazirin iqamətgahına hücum edilib
Dəməşqdə İtaliya səfirliyinin binası qarət edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
