Çin XİN Si Cinpin və Bayden görüşünü müsbət qiymətləndirib
Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ prezidenti Cozef Bayden arasında aparılan danışıqlar Pekin və Vaşinqton arasında münasibətlərin inkişaf istiqamətini müəyyən edib.
“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tərəflər Amerika hökumətinin keçid dövründə dialoqun və əməkdaşlığın inkişafı, fikir ayrılıqlarının müvafiq həlli mövzusu, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə səmimi, dərin və konstruktiv ünsiyyətdə olublar. Tərəflər Çin-Amerika münasibətlərinin inkişaf istiqamətlərini müəyyən ediblər”, - bəyanatda deyilir.
Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ prezidenti Cozef Bayden arasında Limada keçirilən görüş iki saatdan az davam edib.
Oxşar xəbərlər
Ağ Ev: Bayden və Si Cinpin arasında qarşıdakı həftələrdə telefon danışığı olacaq
Si Cinpin: Çin öz suverenliyini və maraqlarını qətiyyətlə müdafiə etməkdə davam edəcək
Si Cinpin: Çin COP29-da yüksək səviyyədə təmsil olunacaq
Çin lideri: Digər ölkələri tərəf seçməyə məcbur etmək qəbuledilməzdir
Si Cinpin BRICS sammitində iştirak etmək üçün Rusiyaya səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













