İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxa və sanksiya təzyiqi artdığı təqdirdə uranı 60 %-dən yuxarı zənginləşdirməyə başlaya bilər.
"Report" xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının mətbuat katibi İbrahim Rezai “Tasnim” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İran hələ bütün potensialından istifadə etmir və lazım gələrsə, digər strateji variantlara müraciət edə bilər.
İ.Rezai qeyd edib ki, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq haqqında əlavə protokolun icrasını könüllü olaraq dayandırıb:
“Lakin ölkə hələ də Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə üzvlüyünü saxlayır, ancaq davam edən xarici təzyiq İranın siyasətində dəyişikliyə səbəb ola bilər. Təzyiq İranı müqavilədən çıxmağı, uranı 60 %-dən yuxarı zənginləşdirməyi, nüvə əməkdaşlığının genişləndirilməsini nəzərdən keçirməyə məcbur edəcək”.
Oxşar xəbərlər
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
İran Atom Enerjisi Təşkilatı: Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik
İran bəzi nüvə obyektlərində AEBA-nın monitorinqini dayandıra bilər
İran XİN: Uranın dinc məqsədlər üçün zənginləşdirilməsini davam etdirəcəyik
İran XİN: Uranın zənginləşdirilməsindən imtina etməyəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













